WhatsApp’da lazımsız çatları birdəfəlik blok etmək mümkün olacaq

WhatsApp’da lazımsız çatları birdəfəlik blok etmək mümkün olacaq

Hər kəsin sevimlisi olan “WhatsApp” mesencerinin tezliklə təchiz ediləcəyi yeni proqramda müəyyən çatlardan gələn ismarıcları tamamilə bağlamaq mümkün olacaq.

“Android” əməliyyat sistemi üçün əlavənin bu funksiyaya malik beta versiyası sınaq mərhələsindədir.

Aramsız ismarışlar göndərərək bezdirən hər hansı chat istifadəçilər tərəfindən qrupu tərk etmədən söndürülə biləcək. Əvvəllər “WhatsApp”da belə çatları 8 saat, bir həftə, bir il müddətinə bağlana bilirdisə, bundan belə “Telegram”da olduğu kimi, həmişəlik bağlana biləcək.

Bundan əlavə chatlar saxlancının menusu daha təfərrütlı olacaq. “WhatsApp”ın yeni funksiyasının işlək olduğu sabit versiyası yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.