WhatsApp-dan xəbərdarlıq

WhatsApp-dan xəbərdarlıq

Androidlərin köhnə versiyalarına “WhatsApp” dəstəyi verilməyəcək.

Sosial media nəhəngi olan “Facebook”un sahibi olduğu “WhatsApp” artıq “iOS6”, “Windows Phone 7”, “Android 2.1” və “Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Yenilənmiş “WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək “BBOS” və “BlackBerry 10” proqram təminatlı cihazlarından da “WhatsApp”a giriş mümkünsüz olacaq.

whatsapp2