Vyanada qatarlar toqquşdu

Vyanada qatarlar toqquşdu

Avstriyanın paytaxtı Vyanada iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 9 nəfərə çatıb.

Bu barədə Vyana polisi məlumat yayıb.

İki sərnişin qatarının toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib, ölən yoxdur. 50 nəfərə yaxın insan xilasedicilər tərəfindən xilas edilib.

Qəzanın səbəbləri araşdırılır.

vyana-2-qatar