Vüqar Rəhimzadəyə YAP-da vəzifə verildi

Xəbər - Elçin Mehdiyev – Trend:

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilib.

AzerTimes-ın məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında V.Rəhimzadə partiyanın Xətai rayon təşkilatının sədri vəzifəsinə təyin edilib.

V.Rəhimzadə bu vəzifədə Hüseynbala Mirələmovu əvəz edib.

Qeyd edək ki, İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarına yeni sədrlər təyin edilib.

Teqlər: