“Volkswagen” ABŞ-da 150 mindən çox Audi A3 avtomobilini geri çağırır

Alman avtomobil istehsalçısı “Volkswagen” təhlükəsizlik yastıqları ilə əlaqədar Amerika bazarından 150 mindən çox Audi A3 avtomobilini geri çağırır.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Məlumata əsasən, “Volkswagen” ABŞ Nəqliyyat Nazirliyi nəzdindəki Milli Yol Təhlükəsizliyi İdarəsinə 2015-ci ildən 2020-ci ilədək istehsal olunmuş 153 152 Audi A3 avtomobilini, o cümlədən Sedan, Etron və Cabriolet modellərini və bəzi S3 Sedan modellərini təhlükəsizlik yastıqlarında mümkün promləmlər ilə əlaqədar geri çağırmasına dair müraciət edib.

Qeyd olunub ki, Alman şirkəti geri çağırılacaq avtomobil sahiblərini may 21-nə qədər məlumatlandıracaq və problemin həlli tapılan anda onlarla əlaqə saxlayacaq.