Vitaliy Kliçko Bakıya gəlir

Vitaliy Kliçko Bakıya gəlir

Kiyev şəhərinin meri Vitaliy Kliçko 13-14 apreldə Azərbaycanda səfərdə olacaq.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı Vitaliy Kliçko Azərbaycan prezidenti İlham Əliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslərlə görüşəcək.

Səfərin məqsədi Azərbaycanın “Eurovision”, Avropa Oyunları, İslam Həmrəklik Oyunları və Formila-1 kimi beynəlxaıq mötəbər tədbirlərin keçirilməsi ilə bağlı əldə etdiyi təcrübəni öyrənməkdir.