Virtual dərslərə qoşula bilməyən şagirdlər də qiymətləndirmədə iştirak etməlidirlər – RƏSMİ

Xəbər - İlhamə İsabalayeva – Trend:

Virtual dərslərə qoşula bilməyən şagirdlər də minimal zəruri biliklərini nümayiş etdirmək üçün qiymətləndirmədə iştirak etməlidirlər.

AzerTimes-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.


Onun sözlərinə görə, qiymətləndirmədən bütün şagirdlər keçməlidirlər: “İnternetə çıxışı olmayan şagirdlər üçün teledərslər yayımlanır: “Bununla bağlı dəfələrlə məlumatlandırma kampaniyası aparmışıq ki, bu imkandan istifadə edilsin. Teledərslər vasitəsilə uşaqlar güclü olmasa da, zəruri bilikləri əldə edə bilərlər. 21-ci əsr nəsli üçün özünöyrənmə çox vacibdir”.

Teqlər: