Vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı ETSN-də işçi qrup yaradılıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

Sosial şəbəkələrdə əcnəbi turistlərin qanunsuz davranışları ilə bağlı vəzifə səhlənkarlığına yol verən şəxslərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) işçi qrup yaradılıb və xidməti araşdırmalar başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda bu işlər davam edir: “Bununla bağlı hər hansı əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla bağlı ciddi tədbirlər görüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Teqlər: