Vətən naminə gerçəkləşdirilən “Yaşat” Xeyriyyə Marafonu çox təqdirəlayiqdir – Tomris Azəri

Azərbaycan bizim ata yurdumuzdur. Burada baş verən son hadisələr bizə qürur yaşadır. Bütün həyat fəaliyyətimizlə ora bağlıyıq. Maddi və mənəvi baxımından Vətənimizin yanındayıq. Biz işimizə elə yanaşırıq ki, ABŞ cəmiyyəti xalqımızın nə qədər mütərəqqi və ədalətli olduğunu görsün. İki dövlət arasındakı dostluq möhkəmlənsin.

Bunu AzerTimes-ə açqılamasında Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Tomris Azəri deyib. Onun sözlərinə görə, məhz Vətən naminə gerçəkləşdirilən “Yaşat” Xeyriyyə Marafonu çox təqdirəlayiqdir: “Bu marafona biz də qoşulmuşuq. Biz həmişə belə təşəbbüsləri dəstəkləmişik. Diasporla iş üzrə Dövlət Komitəsindən gözləntimiz belə ümumazərbaycan layihələridir. Çünki belə işlər dünyaya, yaşadığımız cəmiyyətə xoşniyyətimizi, birliyimizi nümayiş etdirir, bizim nə qədər böyük xalq olduğumuzu göstərir.


İnanıram ki, komitəmiz Azərbaycan diasporunun yeni mərhələdə fəaliyyətinə intelektual yanaşacaq, Amerika Azərbaycanlıları Cəmiyyəti olaraq birgə innovativ tədbirlər gerçəkləşdirməyə nail olacağıq. Burada diaspor potensialımız çox böyükdür. Savadlı gənclərimiz, iş adamlarımız var”.

Teqlər: