Vətən müharibəsində 2 858 şəhidin şəxsiyyəti müəyyən edilib – Hərbi prokuror

Xəbər - Samir Əli – Trend:

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında Respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.


Teqlər: