Vətən müharibəsi iştirakçısı Səbail RİH-də şəhid ailələri ilə bağlı şöbəyə təyinat alıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası çərçivəsində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi vəzifəsinə Səbail Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Səbail Rayon İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, RİH başçısının əmri ilə qeyd olunan şöbənin böyük məsləhətçi vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş Nicat Əlyar oğlu Quliyev təyin edilib.

Qeyd edirik ki, Nicat Quliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Teqlər: