Venesuelanın baş prokuroru ölkədən qaçdı

Venesuelanın baş prokuroru ölkədən qaçdı

Venesuelanın baş prokuroru Luiza Orteqa Diaz Kolumbiyaya sığınıb. Bu barədə Kolumbiyanın İmmiqrasiya İdarəsi yazılı məlumat yayıb.

“Venesuela parlamentinin üzvü, həmçinin Respublikanın Baş prokuroru xanım Luiza və digər deputat German Ferrer ölkəmizə sığınıb. Onlar Venesuelanın şimalındakı, Hollandiya Krallığına aid Aruba adasından xüsusi təyyarə ilə paytaxt Boqotaya gəliblər” — məlumatda bildirilib.

Qeyd edək ki, baş prokuror Luiza Orteqa Venesuela prezidenti Nikolas Maduronu ölkəni diktaturaya çevirməkdə təqsirləndirmişdi. Daha sonra o, ordunun təzyiqi ilə zorla vəzifədən uzaqlaşdırılmışdı.