Venesuelada koronavirusun “Braziliya” ştammına yoluxmalar qeydə alınıb

Venesuelada koronavirusun Braziliyada aşkarlanan ştammına yoluxma halları qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro çıxışı zamanı bildirib.

N.Maduro deyib: “Mən bütün vətəndaşlarımızı və Ümumdünya Səhiyyə Təşkilatını Venesuelada koronavirusun Braziliyada aşkarlanan ştammının olması barədə dərhal məlumatlandırmaq üçün buradayam”.

Onun sözlərinə görə, Venesuela həkimləri La-Quayra ştatında “qəribə koronavirus yoluxma halı” aşkarlayıblar. Təhlillər göstərib ki, söhbət koronavirusun “Braziliya” ştammından gedir.

Prezident qeyd edib ki, “Braziliya” ştammına yoluxan şəxsin son günlər ərzində getdiyi yerlərə baxılıb və Karakas və Miranda ştatlarında da yoluxmalar aşkarlanıb.