Venesuela prezidenti “Sputnik V” ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib

Venesuela Prezidenti Niлolas Maduro rusiya istehsalı olan koronavirusa qarşı “Sputnik V” vaksini ilə ilə aşılandıqdan sonra ciddi bir kənar təsirin olmadığını bildirib.

Trend TASS-a istinadən xəbər verir ki, peyvəndin ikinci dozası N.Maduroya 26 martda vurulacaq.

“İndi özümü 100% hiss edirəm” – Maduro deyib və artıq “əla rusca danışa biləcəyi” barədə zarafat edib.