Vaşinqtonda gərginlik – Trampın tərəfdarları bu binaya girməyə çalışır

ABŞ Prezidenti Donald Trampın 10 mindən çox tərəfdarı seçkilərin nəticələrinə etiraz olaraq Vaşinqtonda aksiyalara başlayıb.

Minlərlə etirazçı Ağ Evin yaxınlığına toplaşaraq, Trampın çıxışını gözləyib.

Daha sonra etirazçılar Konqresin seçkilərin nəticələrini təsdiq edəcəyi Kapitoliyə yürüş edib.

Donald Trampın tərəfdarları Kapitolinin binasına girməyə çalışır.

Hazırda həmin ərazidə Tramp tərəfdarları ilə polis arasında toqquşmalar var.

www.yenicag.az