Varşava hava limanında Turkish Airlines təyyarəsinin sərnişinləri təxliyə edildi

Polşanın paytaxtına İstanbuldan havaya qalxan “Turkish Airlines” təyyarəsinin 100-dən çox sərnişini və heyəti göyərtəyə bomba qoyumasına dair zənglə əlaqədar təxliyə edilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə yerli sərhəd mühafizə şöbəsinin mətbuat katibi Daqmara Belets-Anas Polşa mətbuat agentliyinə məlumat verib.

Mətbuat katibi bu ana qədər şübhəli əşyaların tapılmadığını vurğulayıb.


“Bütün əlamətdər bunun anonim zarafat olmasını göstərir”, – D.Belets-Anas bildirib. Onun sözlərinə görə, hazırda mütəxəssislərin laynerdə partlayıcı maddələrin aşkarlanması üzrə işləri davam edir.

Teqlər: