Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı

Xəbər - Orxan Nəbiyev – Trend:

Niderland rəssamı Vinsent van Qoqun “Gənc yapon qız” əsərinin eskizi rekord qiymətə satılıb.

AzerTimes-ın məlumatına görə, 1888-ci ildə çəkilmiş eskiz Nyu-Yorkda 10,4 milyon dollara satın alınıb.

Şəkli alan şəxsin adı açıqlanmayıb.


Niderlandlı rəssamın əsərinin orijinalı Vaşinqtonda Milli İncəsənət Qalereyasında saxlanılır.