Vaksin yoluxmaya səbəb olmur – Həkim

Xəbər - Çingiz Səfərli – Trend:

Əvvəllər COVID-19-a yoluxmamış şəxslərin sırf vaksindən sonra yoluxması ilə bağlı fikirlər absurddur.

Bunu AzerTimes-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib.

O bildirib ki, vaksinin yoluxmaya heç bir aidiyyəti yoxdur: “Yeni tip koronavirusun mutasiyaya məruz qalması nəticəsində ortaya çıxan “Delta” ştammının yoluxuculuq qabiliyyəti çox yüksəkdir. Hazırda xəstələnmənin başlıca səbəbi budur. Vətəndaşların sosial məsafəni qorumaması, maskadan düzgün istifadə etməmələri nəticə etibarilə onların koronavirusa yoluxmalarına səbəb olur”.

N.Əliyeva onu da bildirib ki, mübarizədə ən effektiv yol vaksinasiyadır: “Dəfələrlə qeyd olunub ki, vaksin xəstəliyi yüngül keçirməyə kömək edir, ağırlaşmaların qarşısını alır. Artıq neçə aydır ki, ölkəmizdə vaksinasiya prosesi gedir. Bu aylar ərzində gəldiyimiz qənaət ondan ibarətdir ki, vaksin olunmuş insanlar demək olar ki, xəstəliyi ayaq üstə keçirirlər. Hal-hazırda reanimasiyadakı xəstələrin heç biri vaksinasiya olunmayıb”.

Twitter:@cingizsafarli

Teqlər: