Üzgüçülərimiz hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandası 10-19 Aprel tarixlərində İtaliyanın Lignano Sabbiadora şəhərində keçirilən Dünya seriyası yarışında iştirak edir.

AzerTimes-ın Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, yarışda iştirak edən idmançılarımız Avropa Açıq çempionatına hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər:

Raman Saleh 100 m sərbəst üsulla üzmə növündə 53:65
Raman Saleh 100 m bel üzərində üzmə növündə 1:01:50
Dana Şandıbina 100 m sərbəst üsulla üzmə növündə 1:10:28
Dana Şandıbina 100 m bel üzərində üzmə növündə 1:28:44
Vəli İsrafilov 100 m brass növündə 1:05:58

Raman Saleh 50 m sərbəst üsulla üzmə növündə 24:31
Raman Saleh 100 m butterfly növündə 58:57
Dana Şandıbina 50 m sərbəst üsulla üzmə növündə 31:69
Dana Şandıbina 100 m butterfly növündə 1:23:70
Vəli İsrafilov 100 m butterfly növündə 1:06:04


Üzgüçülük idman növü üzrə Avropa Açıq çempionatı 16-22 may 2021-ci il tarixlərində Portuqaliyanın Madeyra şəhərində keçiriləcək.

Qeyd edək ki, hər üç idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Teqlər: