ÜST münaqişənin təsirinə məruz qalmış 5 rayonda yeni layihəyə start verib (FOTO)

ÜST münaqişənin təsirinə məruz qalmış beş rayonda “Sağlamlıq Xəmsəsi” layihəsinə start verib.

AzerTimes-in məlumatına görə, Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər regionlarını əhatə edən “Sağlamlıq Xəmsəsi” layihəsinin məqsədi, təxminən 650.000 əhalisi olan bir bölgədə silahlı qarşıdurma və COVID 19-un təsirini səhiyyənin üzərində minimuma endirmək və psixo-sosial dəstək verməkdir.

Layihə yerli işçi qüvvəsinin səhiyyə xidmətinin stabilləşdirilməsi səylərinin gücləndirilməsini hədəfləyir. Layihənin əsas məqsədləri, Ucqar bölgələrdə və təmas xəttində səhiyyə xidmətlərinə əlçatanlığın təkmilləşdirilməsi, 3 psixoloq və tibbi səyyar qrupları cəlb edərək psixi sağlamlıqla bağlı çətinlik yaşayan insanlara psixi sağlamlıq və psixo-sosial dəstək vermək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzulinin seçilmiş 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsi ilə zəruri səhiyyə xidmətləri göstərmək və ÜST-nin psixi sağlamlıq üzrə protokollarının və təlimatlarının tərcüməsini təşkil etmək


Layihə çərçivəsində sözügedən 5 rayona 10 ədəd avtoklav, 10 ədəd oksigen konsentratoru, 480 qutu antigen testi, 38 adda avadanlıq və 101 adda dərman vasitəsi paylanacaq.

Teqlər: