ÜST koronavirusun ştammlarını yunan əlifbasının hərfləri ilə adlandıracaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun ştammlarını yunan əlifbasının hərfləri ilə adlandıracaq.

AzerTimes-ın məlumatına görə, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahından bildiriblər.

Məlumata əsasən, yeni sistem geniş məsləhətləşmədən və bir çox potensial adlandırma sisteminin nəzərdən keçirilməsindən sonra seçilib. Yeni sistem çox sadə, yeni adlar isə yaddaqalan olacaq.