ÜST koronavirusla mübarizəyə dəstək üçün Hindistana 2,6 min əməkdaşını göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa yolxuma hallarının artması ilə mübarizə aparmaq üçün Hindistana 2,6 mindən çox əməkdaşını göndərib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, bu əməkdaşlar hindistanlı həmkarlarına texniki məsləhət verərək, peyvəndləmə və monitorinqdə kömək edəcəklər.

Qebreyesus əlavə edib ki, hazırda Hindistanda vəziyyət çox pisdir.

Qeyd edək ki, Hindistanda ötən sutka koronavirusa 352 mindən çox yoluxma halı qeydə alınıb.