ÜST: Dünyada ötən sutka koronavirusa 575 mindən çox yoluxma qeydə alınıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 575 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 575 191 nəfər yeni koronavirusa yoluxub, 10 421 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 124 535 520, ölənlərin isə 2 738 876 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb – 29 653 604 nəfər. Siyahıda daha sonra Braziliya (12 130 019), Hindistan (11 787 534), Rusiya (4 492 692), Böyük Britaniya (4 312 912), Fransa (4 306 105), İtaliya (3 440 862), İspaniya (3 241 345), Türkiyə (3 120 013), Almaniya (2 713 180), Kolumbiya (2 347 224) və Argentina (2 261 577) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Teqlər: