ÜST-dən XƏBƏRDARLIQ – İndiki pandemiya sonuncu olmayacaq

2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, buna görə də dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“Tarix bizə deyir ki, indiki pandemiya sonuncu olmayacaq və epidemiyalar həyatın reallığıdır”, – o Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində qeyd edib.

“İnanmaq çətindir ki, hələ bir il əvvəl COVID-19 bizə tamamilə naməlum idi”, – ÜST rəhbəri deyib. “Son 12 ay ərzində dünyamız başdan ayağa çevrildi”. Tedros Adanom Qebreyesus qeyd edib ki, koronavirusun dünyaya təsiri “xəstəliyin özündən kənara çıxdı, cəmiyyətlərə və iqtisadiyyatlara geniş təsirləri var”.

Qebreyesus vurğulayıb ki, buna təəccüblənmək lazım deyil, çünki “illər boyunca bir çox xəbərlərdə, icmal və tövsiyələrdə deyilirdi ki, dünya pandemiyaya hazırlanmayıb”. “Hadisədən dərslər çıxarmaq lazımdır”, – Tedros Adanom Qebreyesus əlavə edib. ÜST rəhbəri vurğulayıb ki, fövqəladə vəziyyətlərin qarşısının alınmasına investisiya yönəltmək və ilkin tibbi yardımı inkişaf etdirmək lazımdır.

www.yenicag.az

Teqlər: