Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb

Uruqvayda koronavirusa qarşı vaksinasiya prosesinə start verilib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi Twitter-də məlumat verib.

Bildirilir ki, ilkin olaraq səhiyyə işçiləri Çinin “Sinovac Biotech” şirkətinin peyvəndi ilə aşılanıb.

Kütləvi aşılamanın başlanğıcı 1 mart tarixinə planlaşdırılır. Birinci mərhələdə təhsil işçiləri, polis məmurları, yanğınsöndürənlər, hərbçilər və sərhədçilər peyvənd olunacaqlar. Tibbi işçilərin və yaşlıların əsas hissəsi Uruqvayın Amerikanın “Pfizer” şirkətinin effektivliyi Çin dərmanından daha yüksək olduğu təsdiqlənmiş peyvəndlərini aldıqdan sonra aşılanmağa başlayacaqlar.

Teqlər: