UNEC-ə yaz semestrində 51 tələbə transfer olunub

2020/2021-ci tədris ilinin yaz semestrində UNEC-ə yerli və xarici universitetlərdən köçürülən tələbələrlə görüş keçirilib.

Köçürülən tələbələrin UNEC-lə daha yaxından tanış olması, müəllim-tələbə mühitinə rahat adaptasiyası, eləcə də təhsil imkanları, yeniliklər barədə məlumatlandırılması məqsədilə keçirilən görüşdə elektron universitet, akademik təqvim, tədrisin təşkili, xüsusi təqaüdlər, “Bir pəncərə” xidməti, elektron kitabxana, tələbə təşkilatları, tələbə smart kartları və s. barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 2020/2021-ci tədris ilinin yaz semestrində UNEC-ə 47-si bakalavr və 4-ü magistrant olmaqla, ümumilikdə 51 tələbə köçürülüb. Bakalavriat səviyyəsi üzrə 44 tələbə yerli, 3 tələbə isə xarici universitetdən UNEC-ə transfer olunub.

Teqlər: