UNEC-də “Düzgünlük və Etika”ya həsr olunan təlimlərə start verilib (FOTO)

BMT tərəfindən UNODC-nin təşəbbüsü ilə hazırlanmış “Düzgünlük və Etika” modullarının Kapital Bankın dəstəyilə UNEC-də təlimlərinə başlanılıb.

UNEC-dən AzerTimes verilən məlumata görə, 6 həftə davam edəcək təlimlərə UNEC-in 40 tələbəsi ödənişsiz iştirak etmək hüququ qazanıb.

Təlim proqramı ABŞ-ın Fletçer Hüquq və Diplomatiya Məktəbinin və İngiltərənin Nottingem-Trent Universitetinin məzunu, Kapital Bankın Beynəlxalq əlaqələr üzrə İdarə Heyətinin sədrinin müşaviri Dr.Vüqar Sadiq tərəfindən aparılır.

Proqram çərçivəsində Giriş və konseptual əsaslar (Introduction and Conceptual Framework), Etik liderlik (Ethical Lidership), Etik fəaliyyətlər üçün strategiyalar (Strategies for Ethical Action), Davranış etikası (Behavioural Ethics), Bisnes düzgünlüyü və etikası (Business Integrity and Ethics) və Peşəkar etika (Professional Ethics) modulları tədris olunacaq.

Teqlər: