Ukraynada marixuana leqallaşdırıldı

Xəbər - Ukrayna – Trend:

Ukrayna Nazirlər Kabineti ölkədə tibbi məqsədlərlə istifadə üçün marixuananı leqallaşdırıb.

AzerTimes-ın məlumatına görə, bu barədə müvafiq qərar hökumətin saytında yer alıb.

Qərara əsasən, Ukraynada kannabis əsaslı üç dərman preparatının istifadəsinə icazə verilir.

Bu preparatlar sırasında Dronabinol, Nabilon və Nabiksimols yer alıb.