Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb, sərt karantin rejiminin tətbiqi istisna edilmir.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, Ukraynada son günlərdə qeydə alınan yoluxma sayı üçüncü dalğanın başladığını göstərir.

Nazir əlavə edib ki, ölkə ərazisində “qırmızı zona”ların artacağı təqdirdə sərt karantin rejimi və qapanmalar tətbiq oluna bilər.

Qeyd edək ki, Ukraynada bu günədək 1,4 milyondan çox şəxs koronavirusa yoluxub. Son günlərdə ölkədə gündəlik 10 min ətrafında yoluxma qeydə alınır.