Ukraynada ilk dəfə koronavirusa gündəlik yoluxma sayı 20 mini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukraynada ötən sutka ərzində 20 341 nəfər koronavirusa yoluxub.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Maksim Stepanov deyib.

Bu, pandemiya başladıqdan etibarən Ukraynada qeydə alınan ən yüksək göstərici olub.


Bugünədək Ukraynada 1,73 milyondan çox şəxs koronavirusa yoluxub, 34 075 nəfər ölüb.