Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı

Xəbər - Orxan Nəbiyev – Trend:

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi, eləcə də karantin tədbirləri iyunun 30-dək uzadılıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Deni Şmıqal Nazirlər Kabinetinin iclasında deyib.

Ukraynada hazırkı karantin rejimi aprelin 30-dək qüvvədə idi.

Ölkədə bu günədək 1,98 milyona yaxın şəxs koronavirusa yoluxub, 40 796 nəfər vəfat edib.