Ukrayna səfirliyi Azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı paylaşım edib

Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir.

AzerTimes-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin rəsmi “Facebook” səhifəsində bildirilib.

“Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”, – deyə səfirlik qeyd edib.

Teqlər: