Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət qoydu

Ukrayna Ermənistandan gələnlərə məhdudiyyət qoydu

Ermənistan Ukrayna Səhiyyə Nazirliyinin “qırmızı” siyahısına düşüb.

Ermənistanın Ukraynadakı səfirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.

“Ötən həftə Ukraynada koronavirusun yayılması göstəricisinə görə müsbət dinamika Ermənistandakından daha yüksək idi. Ermənistandan Ukraynaya gələn bütün sərnişinlər koronavirusla bağlı mənfi test nəticəsinə malik olmalı və ya Ukraynada 14 günlük özünü təcridetmə rejimindən keçməlidir. Özünü təcridetmə rejimindən çıxmaq üçün testi Ukraynada da vermək olar”, – məlumatda qeyd edilib.