Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır – Baş nazirin müavini

Ağdam. Fidan Babayeva – Trend:

Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır.

Bunu AzerTimes-a işğaldan azad edilmiş Ağdama səfər edən Ukrayna baş nazirinin müavini Aleksey Reznikov deyib.

O bildirib ki, Ukrayna infrastrukturun bərpası və tikintisində, ərzaq təhlükəsizliyinin, əczaçılıq sahəsinin inkişafında iştirak etməyə hazırdır: “Ölkəmizin və hökumətimizin adından bildirirəm ki, biz kömək etməyə hazırıq. Bizim səfərimizin məqsədlərindən biri konkret hansı sahələrdə kömək edə biləcəyimizi müəyyənləşdirməkdir. Bu gün Ukraynanın Azərbaycan üçün faydalı ola biləcəyi bir sıra istiqamətlər var. Bildiyiniz kimi, Ukrayna dünyanın ən iri taxıl istehsalçılarından biridir. Biz bütün bunlarla bağlı təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: