UEFA’nın ayırdığı 2 milyon avro Qarabağın hesabına köçürüldü

UEFA’nın ayırdığı 2 milyon avro Qarabağın hesabına köçürüldü

Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “play-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.

AFFA-dan verilən məlumata görə, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, “Qarabağ” ÇL-in “play-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2), turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.