UEFA xəbərdarlıq etdi: Heç kimə güzəşt olunmayacaq

UEFA xəbərdarlıq etdi: Heç kimə güzəşt olunmayacaq

UEFA maliyyə fair-pleyi ilə bağlı yeniliklər edəcək.

Bu barədə fair-pley komissiyasının direktoru Andrea Traverso məlumat verib. O, şərtləri daha da sərtləşdirmək niyyətində olduqlarını bildirib:

“Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə fair-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdır”.