UEFA futbol üzrə dünya çempionatını boykot edə bilər

UEFA dünya çempionatının hər iki ildən bir keçiriləcəyi təqdirdə bu turniri boykot edə bilər.

AzerTimes-ın “ESPN”yə istinadən verdiyi məlumata görə, bunu UEFA-nın prezidenti Aleksandr Çeferin deyib.

A.Çeferin bildirib: “Belə dünya çempionatı ilə uğurlar. Düşünürəm ki, bu heç vaxt olmayacaq, çünki bu, futbolun əsas prinsiplərinə ziddir. Aylıq turnir oyunçuların “qatili” olacaq”.

UEFA-nın rəhbəri əlavə edib ki, dünya çempionatının dəyəri azarkeşlərin onu nadir bir turnir kimi gözləmələrindən irəli gəlir.