Ucarda yol qəzası baş verib

Ucarda yol qəzası baş verib

Bu gün (aprelin 19-u) Ucar rayonunda ağır yol – nəqliyyat hadisəsi baş verib.

Qəza axşam saat 18:00-da Bakı-Qazax avtomobil yolunun 198-ci km-də qeydə alınıb.

Belə ki, Bakıdan Gəncəyə hərəkət edən mikroavtobusun sürücüsü idarəetməni itirərək qəza törədib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlər – Gəncə şəhər sakinləri, 1973-cü il təvəllüdlü Aybəniz Şakir qızı Musayeva, 1971-ci il təvəllüdlü Vidadi Cahangir oğlu Abbasov, 1967-ci il təvəllüdlü Fərrux Heydər oğlu Abbasov, 1952-ci il təvəllüdlü Osman Valeh oğlu Həsənov, 1950-ci il təvəllüdlü Rəbiyyə Əzim qızı Əliyeva və 1968-ci il təvəllüdlü İmran Bəhmən oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə onların vəziyyətlərinin orta-ağır qiymətləndirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

ucarda-qeza