UBER Bakıdan yığışdırılacaq, Yandek.Taksinin işi pozuldu

UBER Bakıdan yığışdırılacaq, Yandek.Taksinin işi pozuldu

Azərbaycanda taksi sürücüləri “Yandeks.Taksi” və “Uber”lə əlaqələri kəsəcək yaxud bu taksilər Bakıdan yığışdırılacaq.

“Yandeks.Taksi” və “Uber” taksi xidmətlərinin birləşdirilməsi və bir neçə ölkədə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bu yeni qurumun rəhbərliyinə erməni əsilli Tiqran Xudaverdiyanın gətirildiyi xəbəri verilmişdi.

Həmin informasiyanı şərh edərkən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Azərbaycanın bütün vətəndaşları və təşkilatları üçün ən vacib olan ölkənin siyasi maraqlarıdır.

“Bu səbəbdən, “Yandeks.Taksi” və “Uber” taksi xidmətlərinin birləşdirilməsindən sonra, yeni yaranan şirkətə Ermənistan vətəndaşı yaxud erməni əsilli şəxs rəhbərlik edəcəksə, sürücülərə bu şirkətlərlə işləmək icazəsi verən xüsusi nişanların verilməsi dayandırılacaq və sürücülərə çağırış ediləcək ki, həmin qurumla əlaqələri kəssinlər” — deyə Ağayev bildirib.