“Twitter”in işində problemlər yaranıb

“Twitter” mikrobloqlar xidmətinin işində nasazlıq dünyanın bir sıra ölkələrində müşahidə olunur.

AzerTimes-ın məlumatına görə, bu barədə Downdetector platforması xəbər verib.

Şikayətlərin əksəriyyəti ABŞ, Kanada, İngiltərə və Yaponiyadan gəlir.

İstifadəçilər veb sayt və sosial şəbəkənin mobil tətbiqetmələrində olan problemlər ilə üzləşdiklərini bildirib.