“Twitter”in bu ilin birinci rübündə gəliri 1 milyard dolları ötüb

“Twitter” şirkətinin 2021-ci ilin birinci rübündə gəliri 1 milyard dolları ötüb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.

Hesabatda bildirilir: “2021-ci ilin birinci rübündə şirkətin gəliri 1,04 milyard dollar təşkil edib, bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 28 faiz daha çoxdur”.


Bildirilir ki, martın 31-i bitən hesabat dövründə reklamlardan gəliri 899 milyon dollar təşkil edib, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz daha çoxdur.

Şirkətin proqnozlarına görə, “Twitter”in ikinci rübdəki ümumi gəliri 980 milyon dollardan 1,08 milyard dollara qədər təşkil edəcək.