Twitter’də səsli mesaj göndərmək olacaq

Twitter’də səsli mesaj göndərmək olacaq

“Twitter” mikrobloqlar servisi yeni səsli mesaj funksiyasının tətbiqini elan edib.

“Siz “Twitter”də mesaj yerləşdirə bilərdiniz. İndi isə burada siz öz səsinizi də yaza bilərsiniz. Bu gündən etibarən iOS platformasında siz audiotvitlərinizi yerləşdirə biləcəksiniz”, – məlumatda deyilir.

Səs mesajının vaxtı 140 saniyə olacaq. İstifadəçiyə bundan daha çox vaxt gərək olsa, o zaman mesaj bir neçə hissəyə bölünəcək.

Qeyd olunur ki, tədricən səsli mesaj yazma funksiyası başqa platformalardada tətbiq ediləcək.