Tvitterdə kütləvi nasazlıq yarandı

Tvitterdə kütləvi nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqdan daha çox Böyük Britaniya, ABŞ, Almaniya və Yaponiya sakinləri şikayətçidir.

Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (67%) sosial şəbəkəyə daxil ola bilmir. Daha 22% istifadəçi “iPhone” və ya “iPad” proqramlarında problemlərlə üzləşiblər. Qeyd edilir ki, istifadəçilərin 10%-i “Android” üçün proqramın işində nasazlıqlar haqqında bildiriblər.