“Twitter” Türkiyənin tələbini qəbul etdi – Nümayəndə təyin ediləcək

“Twitter” sosial şəbəkəsi Türkiyə hakimiyyətinin 2020-ci ilin oktyabrında qüvvəyə minmiş sosial şəbəkələr haqqında qanun çərçivəsində yerli nümayəndə təyin etməsi barədə tələbini qəbul edib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” hesabında Türkiyənin nəqliyyat və infrastruktur naziri Ömər Fatih Yasin yazıb.

Nazir bildirib ki, “Twitter”in bu addımından sonra Türkiyədə nümayəndə təyin etməyən yalnız “Pinterest” sosial şəbəkəsi qalır.

Onun sözlərinə görə, ölkədə sosial şəbəkələrin nümayəndələrinin olması vətəndaşların hüquqlarının pozulmasını aradan qaldırmaq üçün vacibdir.