Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatının Suriya üzrə məsul şəxsi Sofi Nurəddin zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, əməliyyat Türkiyə ordusu ilə Milli Kəşfiyyat Təşkilatının birgə iştirakı ilə baş tutub.

Terrorçu pilotsuz uçuş apartı ilə endirilən zərbə nəticəsində məhv edilib.