Türkiyəyə peyvəndin gətirilməsi təxirə salındı

“Pekində koronavirus səbəbilə hərəkətə qoyulan məhdudiyyətlərə görə gömrükdə gecikmələr var”.

AzerTimes türk mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Türkiyəyə gətirilməsi nəzərdə tutulan peyvəndlər ölkəmizə iki gün gec çatacaq. Prosesləri yaxından izləməyə davam edəcəyik”, – deyə, nazir bildirib.

azertimes.az