Türkiyənin türkdilli ölkələrə ixracı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin yanvarı ilə müqayisədə 28,3 faiz artaraq 469,868 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Statistikaya əsasən, Türkiyənin 2021-ci ilin yanvarı üzrə ümumi ixracında türkdilli ölkələrin payı 3,1 faizə bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin yanvarı ilə müqayisədə 4,2 faiz azalaraq 289,907 milyon dollar təşkil edib.


Türkiyənin 2020-ci ilin yanvarı üzrə ümumi idxalında türkdilli ölkələrin payı 1,6 faizə bərabər olub.

Qeyd edək ki, 2021-ci ilin yanvarında Türkiyənin xarici ticarət dövriyyəsi 34,24 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin yanvarı ilə müqayisədə 2,3 faiz azalaraq 15,45 milyard dollara, idxalı isə 5,9 faiz azalaraq 18,79 milyard dollara bərabər olub.

Teqlər: