Türkiyənin təhlükəsizlik qüvvələri son 6 ildə 18 mindən artıq terrorçu zərərsizləşdiriblər

Son bir ay ərzində Türkiyə daxilində və xaricində 22 anti-terror əməliyyatı həyata keçirilib. İlin əvvəlindən 1 865 terrorçu, Türkiyənin terrorla mübarizədə yeni mərhələyə başladığı andan (24 iyul 2015-ci il) bu yana isə 18 455 terrorçu zərərsizləşdirilib.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, İraqın şimalında yerləşən Metina və Avaşin-Basyan rayonlarında keçirilən “Pəncə-Şimşək” və “Pəncə-İldırım” əməliyyatları çərçivəsində bu günə qədər (aprelin 23-dən – red.) 244 terrorçu zərərsizləşdirilib.


Həmçinin qeyd edilir ki, son 1 ay ərzində Türkiyə ərazisinə 25 186 nəfərin qeyri-qanuni keçməsinin qarşısı alınıb, onlardan 13 769 nəfəri saxlanılıb.