Türkiyənin Kilis rayonuna Suriyadan raket atılıb

Türkiyənin Kilis rayonuna Suriyadan atılan raketlər düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Kilisə düşən iki raket YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən atılıb.


Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb.