Türkiyədən Qırğızıstana göndərilən tibbi yardım Bakıya çatıb (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Türkiyədən Qırğızıstan Respublikasına göndərilən tibbi texnikalar Bakıya çatıb.

Bu barədə AzerTimes-a Bakı Limanından bildiriblər. Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən yardım məqsədilə Türkiyədən Qırğızıstan Respublikasına göndərilən tibbi texnikalar, hazırda Bakı Limanı ərazisindədir:


“Sayı 10 ədəd olan bu nəqliyyat vasitələri, bərələrə yüklənərək Qazaxıstana göndərilir və oradan da Qırğzıstana keçəcək”.

Teqlər: